Azərbaycanda vəkillərin sayı açıqlanıb

Azərbaycanda vəkillərin sayı açıqlanıb
Yayınlanma tarixi: 12/27/2025 12:23:24 PM

Azərbaycanda vəkillərin sayı 2 min 836-ya çatıb.

İslamazeri.com xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.

Onun sözlərinə görə, bu gün 60 yeni vəkilin and içməsi ilə Azərbaycanda vəkillərin ümumi sayı 2 min 836-ya çatıb:

"Onlardan qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2 min 203 nəfərdir. Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında 823 namizəd iştirak edib. Onlardan 420-si uğur qazanıb".

GÜNÜN MANŞETLERİ

İran səfiri Azərbaycana təşəkkür edib
REGİON / İRAN

İran səfiri Azərbaycana təşəkkür edib

3/2/2026 11:47:56 AM
Nəyə görə dua etməliyik?
DİN

Nəyə görə dua etməliyik?

3/2/2026 10:48:50 AM