Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Yayınlanma tarixi: 5/9/2026 10:10:01 AM

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

GÜNÜN MANŞETLERİ