Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir

Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Yayınlanma tarixi: 3/11/2026 10:05:21 AM

Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir.

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.

İslamazeri.com xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

GÜNÜN MANŞETLERİ

İrandan İsrailə: Biz hələ yeni başlamışıq!
REGİON / İRAN

İrandan İsrailə: Biz hələ yeni başlamışıq!

3/11/2026 10:43:23 AM
Kazimeyndə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kazimeyndə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:28:13 AM