Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Yayınlanma tarixi: 3/17/2026 2:30:58 PM

Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ermənistana 4 milyon 220,3 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

İslamazeri.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,12 %-ni təşkil edib.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Bu ilin yanvar-fevral ayında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.

GÜNÜN MANŞETLERİ