Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb
Yayınlanma tarixi: 11/24/2022 5:12:39 PM

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur

İslamazeri.com xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 706 401,5 min manat təşkil edib, bu da illik müqayisədə 26% artım deməkdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-sentyabr aylarında sözügedən göstərici 1 353 883,7 min manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 501,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur.
Qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).

GÜNÜN MANŞETLERİ

MİQ üzrə vakansiya seçiminə başlanılıb
ÖLKƏ / TƏHSİL

MİQ üzrə vakansiya seçiminə başlanılıb

8/5/2026 3:47:22 PM
Suriya İraqla sərhədə qoşun yığır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriya İraqla sərhədə qoşun yığır

8/5/2026 1:46:54 PM
Sabah yağış yağacaq, güclü külək əsəcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq, güclü külək əsəcək

8/5/2026 1:24:26 PM