Azərbaycanın səhiyyə naziri dünyaya çağırış edib

Azərbaycanın səhiyyə naziri dünyaya çağırış edib
Yayınlanma tarixi: 10.03.2023 11:55:22

Azərbaycanın səhiyyə naziri dünyaya çağırış edib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev səhiyyənin daha əlçatan olması üçün dünyaya çağırış edib.

"İslamazeri.com"un xəbərinə görə, bu barədə o, X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliğu, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasında çıxışı zamanı bildirib.

Nazir sağlamlıqla əlaqədar milli səviyyədə sistemin qurulmasının vacibliyini söyləyib.

Onun sözlərinə görə, sağlamlıq sahəsində ekspertlər bunu vurğulayırlar: "Bütün insanlar sağlam həyat tərzinə yönəlməlidir. Azərbaycanın stretegiyasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Fərdi həyat tərzi ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır”.

T.Musayev qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur: “Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özəl sektorun da sağlamlığın təmin edilməsində yeri danılmazdır. Biz bilirik ki, səhiyyə sistemi bir çöx ölkələrdə əlçatan deyil. Bir çox əngəllər vardır. Biz çağırırıq ki, bu prioritetlər təmin olunsun və səhiyyə sistemində standartlar tətbiq edilsin. Vaksinasiya sağlamlığın əsas elementlərindən biridir”.

GÜNÜN MANŞETLERİ