Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb
Yayınlanma tarixi: 7/7/2026 11:10:25 AM

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb.

Bu ilin I yarısında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % az - 624 mindən çox ödəniş tapşırığı icra edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat (1 il əvvələ nisbətən 0,2% çox), xərcləri 19 milyard 824,4 milyon manat (1,2 % çox), o cümlədən dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat (illik müqayisədə 3,15 % az, proqnozdan 1,9 % çox), xərcləri 16 milyard 775,5 milyon manat (1 il əvvələ nisbətən 1,9 %, proqnozdan 2,6 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 4 milyard 589,7 milyon manat (3,6 % az), dövlət büdcəsində isə 2 milyard 403,9 milyon manat (11,2 % az) profisit olub.

GÜNÜN MANŞETLERİ

Abşeronda xeyli silah-sursat aşkarlanıb
ÖLKƏ / HADİSƏ

Abşeronda xeyli silah-sursat aşkarlanıb

7/7/2026 2:00:01 PM
Sabah yağış yağacaq
REGİON / İRAN

Sabah yağış yağacaq

7/7/2026 1:23:37 PM