İsrailin THAAD radarı məhv edilib.
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "DoğruVəd 4" əməliyyatında İsrail rejiminin raketdən müdafiə şəbəkəsinin vacib bir komponenti olan THAAD radar sisteminin Birləşmiş Ərəb Əmirliklərinin əl-Ruveys bölgəsində hədəfə alındığını açıqladı.
İİKK Aerokosmik Qüvvələrinin dəqiq idarə olunan raketləri ilə həyata keçirilən hücum radar sistemini tamamilə məhv etdi.
Əməliyyatın dəniz mərhələsi ilə bağlı da vacib məlumatlar paylaşıldı.
Çabahar sahillərindən 700 kilometr məsafədə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri qrupuna yanacaq doldurma və logistika dəstəyi verən bir gəminin pilotsuz uçuş aparatları (PUA) və raket sistemlərindən istifadə edilən hücumda hədəfə alındığı bildirildi.
Çox zədələnmiş dəstək gəmisi istifadəyə yararsız hala salındı və əməliyyat dövründən çıxarıldı.
Bəyanatda İİKK-nın qabaqcıl gəmi əleyhinə raket sistemlərinin bölgədəki ABŞ dəniz donanmasını real vaxt rejimində izləməyə davam etdiyi vurğulandı.