BƏƏ və Hindistan arasında pul köçürmələri ilə bağlı yeni razılaşma

BƏƏ və Hindistan arasında pul köçürmələri ilə bağlı yeni razılaşma
Yayınlanma tarixi: 17.07.2023 12:08:41

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən ingilisdilli "The National" saytındakı xəbərdə, bildirilib ki, Mərkəzi Bankın rəhbərləri sazişi BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-u Nəhyanın və Hindistanın baş naziri Narendra Modinin iştirakı ilə imzalayıblar.

İslamazeri.com xəbər verir ki, müvafiq olaraq, “Yerli Valyutadan İstifadə Sistemi” yaradılacaq və qarşılıqlı pul köçürmələri üçün Hindistan rupisi və BƏƏ dirhəmi istifadə olunacaq.

“Müqavilə bütün mövcud hesabların köçürülməsini və nizamnamə kapitalının köçürülməsini əhatə edir”, - məlumatda deyilir. 

Ötən il iki ölkə arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalandığı bildirilib və bu sazişlə iki ölkənin gömrük rüsumlarının azaldıldığı qeyd edilib.

Razılaşmaya əsasən yaradılmış birgə komitənin işinə uyğun olaraq, qeyri-neft ticarəti sazişinin 2030-cu ilə qədər 100 milyard dollara çatdırılmasının hədəfləndiyi bildirilib.

GÜNÜN MANŞETLERİ