Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Yəməndə qalan bölmələrinin missiyasının könüllü şəkildə başa çatdığını açıqlayıb. Bildirilib ki, bu qərar son inkişaflar fonunda və beynəlxalq tərəfdaşlarla koordinasiya əsasında qəbul olunub.
İslamazeri.com xəbr verir ki, Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, BƏƏ 2015-ci ildən etibarən Ərəb koalisiyası çərçivəsində Yəmənin istefa vermiş hökumətinə dəstək göstərmək, eyni zamanda Yəməndə təhlükəsizlik və sabitliyin bərqərar olunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləmək məqsədilə bu ölkədə iştirak edib. Bu müddət ərzində BƏƏ silahlı qüvvələri əhəmiyyətli itkilər və fədakarlıqlar verib.
BƏƏ Müdafiə Nazirliyi, həmçinin bildirib ki, ölkənin silahlı qüvvələri 2019-cu ildə rəsmi razılaşmalar çərçivəsində üzərlərinə düşən tapşırıqları yerinə yetirdikdən sonra Yəmən Respublikasındakı hərbi mövcudluğuna son qoyub. Bundan sonra isə yalnız məhdud tapşırıqlar çərçivəsində və beynəlxalq tərəfdaşlarla koordinasiya şəklində az sayda ixtisaslaşmış bölmələr bu ölkədə qalıb.