BAEA Buşehrlə bağlı xəbərdarlıq etdi: Nüvə təhlükəsizliyi prinsipləri pozulub

BAEA Buşehrlə bağlı xəbərdarlıq etdi: Nüvə təhlükəsizliyi prinsipləri pozulub
Yayınlanma tarixi: 3/19/2026 10:04:28 AM

BAEA Buşehrlə bağlı xəbərdarlıq etdi.

İslamazeri.com xəbər verir ki, 17 martda İrandakı Buşehr Atom Elektrik Stansiyasının (AES) ərazisində baş verən hücum nəticəsində reaktordan 350 metr aralıda yerləşən bir tikili dağıdılıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) X sosial media platformasında verdiyi açıqlamada stansiya ərazisindəki ziyanı təsdiqləyib.

Agentlik BAEA-nın baş direktoru Rafael Qrossinin sözlərinə istinadən bildirib:

"Reaktora zərər dəyməsə də və heç bir işçi xəsarət almasa da, nüvə elektrik stansiyalarına və ya onların yaxınlığında hər hansı bir hücum silahlı münaqişədə nüvə təhlükəsizliyinin yeddi əsas prinsipini pozur və bu cür hərəkətlər heç vaxt baş verməməlidir."

Rosatom bildirib ki, hücum metrologiya binasını hədəf alıb.
Buşehr AES-ə edilən hücumla bağlı ilk açıqlama 17 martda Rosatom-un baş direktoru Aleksey Lixaçevdən gəlib.

Lixaçev hadisənin Türkiyə vaxtı ilə saat 18:11-də baş verdiyini qeyd edib. Dövlət şirkətinin baş direktoru Rosatom-un heç bir işçisinin xəsarət almadığını bildirib.

Lixaçev vurğulayıb ki, hücum "Buşehr AES-in sənaye zonasında, əməliyyat enerji blokunun yaxınlığında yerləşən metrologiya xidməti binasına bitişik ərazini" hədəf alıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün Moskvanın nüvə elektrik stansiyası yaxınlığındakı raket hücumunu qətiyyətlə pislədiyini bildirib.

Zaxarova Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) hücumla bağlı aydın və birmənalı qiymətləndirmə verməyə çağırıb.

GÜNÜN MANŞETLERİ