Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqlənib

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqlənib
Yayınlanma tarixi: 6/6/2022 10:08:29 PM

Nazirlər Kabineti Bakı Mühəndislik Universitetinin Nizamnaməsini təsdiq edib.

İslamazeri.com xəbər verir ki, Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Nizamnaməyə əsasən, Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

GÜNÜN MANŞETLERİ

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM
İsrail Livanda günahsız insanları bombalayır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda günahsız insanları bombalayır

5/8/2026 12:49:14 PM
İran dünən gecə ABŞ gəmilərini belə hədəfə aldı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran dünən gecə ABŞ gəmilərini belə hədəfə aldı - VİDEO

5/8/2026 11:32:10 AM