Bakı, Tehran və Moskva enerji sistemlərilə bağlı razılığa gəliblər

Bakı, Tehran və Moskva enerji sistemlərilə bağlı razılığa gəliblər
Yayınlanma tarixi: 11.08.2023 11:30:09

Azərbaycan, Rusiya və İran 2023-cü ilin sonuna qədər elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) tamamlamaq barədə razılığa gəliblər

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb.

 

İclasda Azərbaycan, Rusiya və İranın energetika nazirlərinin müavinləri Elnur Soltanov, Pavel Snikkars və Homayun Xayeri, eləcə də üç ölkənin maraqlı enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.

 

“Görüş zamanı tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır”, - deyə məlumatda bildirilir.

 
Departamentdən bildirilib ki, hazırda texniki-iqtisadi əsaslandırmanın bir sıra mərhələləri razılaşdırılıb.

 

“İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu nəzərdən keçirilir”, – deyə məlumatda Snikkarsın sözlərindən sitat gətirilir.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55