Bakıda bank filialına hücum olub

Bakıda bank filialına hücum olub
Yayınlanma tarixi: 1/19/2023 1:18:42 PM

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.

DİN-in Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb.

GÜNÜN MANŞETLERİ

Kazimeyndə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kazimeyndə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:28:13 AM
Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:16:13 AM
Kərbəlada Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kərbəlada Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:08:49 AM