Bakıda dönərdən zəhərlənənlərin son vəziyyətləri açıqlanıb

Bakıda dönərdən zəhərlənənlərin son vəziyyətləri açıqlanıb
Yayınlanma tarixi: 12/13/2021 5:34:06 PM

Mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hər biri evə buraxılıb.

Bu barədə İslamazeri.com-a Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

Xatırladaq ki, 1-i qadın, 7-si kişi olmaqla qəbul olunan 8 nəfərin hər biri dünən gün ərzində müxtəlif vaxtlarda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.

Həmçinin baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

GÜNÜN MANŞETLERİ

Tramp: İranla razılaşma istənilən an ola bilər
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İranla razılaşma istənilən an ola bilər

5/8/2026 2:00:33 PM
Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM