Bakıda lisey koronavirusa görə bağlandı

Bakıda lisey koronavirusa görə bağlandı
Yayınlanma tarixi: 11/12/2021 5:13:08 PM

Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.

İslamazeri.com xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Təhsil Nazirliyindən bildirilib ki, Bakı Avropa Liseyinin 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Məktəb Lisey Kompleksinin fəaliyyəti də distant təhsil formasında davam etdiriləcək. Qeyd olunub ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub". 

Həmçinin, paytaxtdakı 5 nömrəli tam orta məktəbin bir neçə sinfində yoluxma halı olduğuna görə həmin siniflər distant təhsilə keçib. Hazırda məktəbdə əyani təhsil davam edir.

GÜNÜN MANŞETLERİ

Tramp: İranla razılaşma istənilən an ola bilər
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İranla razılaşma istənilən an ola bilər

5/8/2026 2:00:33 PM
Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM