Bakıda NATO heyəti ilə görüş keçirilib

Bakıda NATO heyəti ilə görüş keçirilib
Yayınlanma tarixi: 2/25/2026 2:36:39 PM

Bakıda NATO heyəti ilə görüş keçirilir.

Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda “Məsləhətçi görüşü” keçirilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy proqramının vacib hissəsi olan “Məsləhətçi görüşü”ndə cari ilin iyun ayında ölkəmizdə keçiriləcək ƏİK bölmələrinin “1-ci səviyyəli özünü qiymətləndirmə” (SEL-1) təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.

Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi ƏİK proqramına yeni bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının eləcə də bölmələrin NATO standartlarına uyarlılıq səviyyəsini yoxlamaq məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.

GÜNÜN MANŞETLERİ

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb
DÜNYA / MARAQLI

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

2/25/2026 2:09:01 PM
İmam Əli (ə) və Fizika elmi
DİN

İmam Əli (ə) və Fizika elmi

2/25/2026 12:22:04 PM
İlham Əliyev Küveyt Əmirini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Küveyt Əmirini təbrik edib

2/25/2026 11:12:45 AM