Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb

Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb
Yayınlanma tarixi: 7/21/2023 11:18:46 AM

Bakıda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.


Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Bir daha qeyd edilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

GÜNÜN MANŞETLERİ

İsrail Qərb Sahilində blokada tətbiq edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qərb Sahilində blokada tətbiq edib

6/17/2026 3:06:59 PM
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

6/17/2026 12:37:25 PM
Trampdan Netanyahuya: ABŞ olmasaydı, İsrail də olmazdı
DÜNYA / SİYASƏT

Trampdan Netanyahuya: ABŞ olmasaydı, İsrail də olmazdı

6/17/2026 12:24:14 PM