Bakıdan Tbilisiyə qatar reysləri bərpa olunur - Gürcü Höküməti

Bakıdan Tbilisiyə qatar reysləri bərpa olunur - Gürcü Höküməti
Yayınlanma tarixi: 5/18/2026 7:35:57 PM

Bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.

İslamazeri.com xəbər verir ki, Gürcüstan hökumətinin yaydığı məlumata görə, altı illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi mayın 26-dan bərpa olunacaq.

Bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.

Qeyd olunur ki, bununla yanaşı, Gürcüstan hökumətinin məlumatına görə, Gürcüstan nümayəndə heyətinin Bakıya səfəri zamanı ikitərəfli Koordinasiya Şurasının protokolu da imzalanıb və bu protokola əsasən, Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti tam istismara veriləcək.

“İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb və buna əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsi tam istismara veriləcək. Sənədi Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar. Tərəflər arasında əldə edilən razılığa əsasən, altı illik fasilədən sonra 26 may tarixindən etibarən Tbilisi və Bakı arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı bərpa olunacaq”, – yayılan məlumatda deyilib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri nümayəndə heyəti ilə birlikdə Azərbaycanda rəsmi səfərdədir.

Qeyd edək ki, bir il öncə də bu cür xəbərlər Gürcüstan mediasında yayılmış, sonradan Azərbaycan tərəfindən bu məlumatlar təkzib edilmişdi.

GÜNÜN MANŞETLERİ