Bakının iki yolunda hərəkət məhdudlaşdırılacaq

Bakının iki yolunda hərəkət məhdudlaşdırılacaq
Yayınlanma tarixi: 11/26/2021 5:19:14 PM

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı şəhərinin iki yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) İslamazeri.com-a verilən məlumata görə, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində ("Bağırov" körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - AAYDA-dan bildirilib.

GÜNÜN MANŞETLERİ

Tramp: İranla razılaşma istənilən an ola bilər
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İranla razılaşma istənilən an ola bilər

5/8/2026 2:00:33 PM
Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM