Baqiri: İranın bütün aktivləri qeyd-şərtsiz geri qaytarılmalıdır
İslamazeri.com xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqiri Kəni bildirib ki, ABŞ tərəfindən dondurulmuş bütün İran aktivləri tamamilə və qeyd-şərtsiz geri qaytarılmalıdır.
Rusiyanın RİA Novosti xəbər agentliyinə verdiyi müsahibədə Baqiri Kəni ABŞ tərəfindən bloklanmış bütün İran aktivlərinin azad edilməsini tələb etdiklərini bildirib.
O, bunun İran xalqının qanuni hüququ olduğunu vurğulayaraq əlavə edib: "İranın aktivləri tamamilə və heç bir ilkin şərt olmadan İrana qaytarılmalıdır".