Bazar gününün hava proqnozu

Bazar gününün hava proqnozu
Yayınlanma tarixi: 10/8/2022 12:59:05 PM

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda 111 uşağı qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 111 uşağı qətlə yetirib

3/17/2026 5:30:01 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ ÜSTÜNƏ ZƏRBƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ ÜSTÜNƏ ZƏRBƏ

3/17/2026 4:10:01 PM