Belçikada daha bir nüvə reaktorunun fəaliyyəti dayandırılır

Belçikada daha bir nüvə reaktorunun fəaliyyəti dayandırılır
Yayınlanma tarixi: 31.01.2023 16:34:23

Belçikada 40 ildir fəaliyyət göstərən “Tihange 2” nüvə reaktoru bu gün həmişəlik bağlanacaq.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Avropada enerji böhranına baxmayaraq, Belçikanın Huy şəhərindəki “Tihange 2” nüvə reaktorunun fəaliyyəti bu gün yerli vaxtla saat 23:59-da dayandırılacaq.

Beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 il istismardan sonra elektrik şəbəkəsinə qoşulması dayandırılacaq.

Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbiylə bağlanacaq olan “Tihange” Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan “Tihange” 2 reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi. 

Belçikada cəmi 7 reaktor, Hollandiya sərhədinə yaxın “Doel” AES-də 4, Almaniya və Lüksemburq sərhədinə yaxın “Tihange” AES-də 3 reaktor işləyir. 

Bu reaktorların istehsal etdikləri elektrik enerjisi demək olar ki ölkənin tələbatının təxminən yarısını qarşılayır.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.

GÜNÜN MANŞETLERİ