Bəqai: Ümid edirik ki, Ərəb ölkələri son hadisələrdən dərs alacaqlar
İslamazeri.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib:
"Biz həmişə ərəb ölkələri ilə qonşu olmuşuq və qonşu qalacağıq, lakin Amerika bu regiona aid deyil.
Bu 37 gündə hamı gördü ki, Amerikanın yeganə dərdi İsrailin varlığını qorumaqdır və region ölkələrinin təhlükəsizliyinə heç bir qiymət vermirlər.
Biz özümüzü region ölkələrinin dostu hesab edirik; dəfələrlə xəbərdarlıq etmişdik ki, region ölkələri beynəlxalq hüquq üzrə öhdəliklərinə əsasən, İrana hücum etmək üçün öz imkanlarından istifadə etməyə Amerika və sionist rejimə icazə verməkdən çəkinsinlər; təəssüf ki, bu baş vermədi.
İran nəcabət göstərərək bu ölkələrin bizim düşmənimiz olduğunu heç vaxt elan etməyib; biz həmişə demişik ki, region ölkələrini öz dostumuz bilirik və bütün bu ölkələrlə dostluq münasibətlərini qorumaqda qərarlıyıq. Ümid edirik ki, gələcəkdə bu ölkələr son hadisələrdən dərs alacaqlar."