Bəqayi: ABŞ-ın sözləri və əməlləri utancverici bir ziddiyyətdən ibarətdir

Bəqayi: ABŞ-ın sözləri və əməlləri utancverici bir ziddiyyətdən ibarətdir
Yayınlanma tarixi: 5/9/2026 1:26:50 PM

Bəqayi: ABŞ-ın sözləri və əməlləri utancverici bir ziddiyyətdən ibarətdir.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İranın nüvə proqramı ilə bağlı həll yolu axtardığını iddia edərkən eyni zamanda nüvə hücumu ilə hədələməsinin "utancverici bir ziddiyyət" olduğunu söyləyib.

Bəqayi sosial media paylaşımında Stenli Kubrikin məşhur "Dr. Strangelove" və ya "Narahat olmağı dayandırmağı və bombanı sevməyi necə öyrəndim" filminə istinad edərək izləyicilərə onu izləməyi tövsiyə edib.

Bəqayi paylaşımında dedi:

"Son dərəcə utancverici bir ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən onlar nüvə böhranının qarşısını almağa və sülhə nail olmağa çalışdıqlarını iddia edirlər, digər tərəfdən isə həlli "böyük bir parlaq işıqda" görürlər."

GÜNÜN MANŞETLERİ