Bəqayi: ABŞ Ərəb ölkələrindən qalxan kimi istifadə edir

Bəqayi: ABŞ Ərəb ölkələrindən qalxan kimi istifadə edir
Yayınlanma tarixi: 5/6/2026 3:06:01 PM

ABŞ ərəb ölkələrindən qalxan kimi istifadə edir.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ı bölgədəki ərəb ölkələrindən qalxan kimi istifadə etməkdə günahlandırb.

PressTV-nin Unscripte proqramına verdiyi müsahibədə Bəqayi cari məsələləri müzakirə edib.

Bölgədəki gərginliklə bağlı Bəqayi İranın bölgədəki heç bir ölkəyə qarşı "düşmənçiliyi" olmadığını və bütün hərəkətlərinin müdafiə xarakteri daşıdığını bildirərək deyib: "Onları hədəf almağımızın yeganə səbəbi ABŞ və sionist rejimin təcavüzünə qarşı özümüzü müdafiə etməyə məcbur olmağımızdır. Pentaqon ABŞ-ın ərəb müttəfiqlərini qəsdən qalxana çevirir".

ABŞ-ın bölgədəki mövcudluğunu tənqid edən Bəqayi dedi: "ABŞ-ın hərbi mövcudluğu yalnız təhlükəsizlik gətirir".

O, qonşu ərəb ölkələrini konstruktiv dialoqa və birgə regional təhlükəsizlik mexanizmləri yaratmağa çağırdı və Tehranın suverenliyə və ortaq maraqlara əsaslanan güclü, hörmətli və qarşılıqlı faydalı münasibətlər qurmaq öhdəliyini vurğuladı.

Bəqayi bildirib ki, Fars körfəzi ilə həmsərhəd olan ərəb ölkələri xarici güclərdən "təhlükəsizlik borc almağı" dayandırmalıdırlar.

İran İslam Respublikasının ərazi bütövlüyünü və milli maraqlarını hər hansı bir xarici təhdid və ya hücumdan qorumaq əzmini bir daha vurğulayan Bəqayi deyib: "İranlılar heç vaxt təzyiq qarşısında boyun əyməyəcəklər".

ABŞ ilə davam edən danışıqlarla bağlı Bəqayi dedi: "Hələlik müharibənin bitməsinə diqqət yetirməyə qərar verdik, çünki bu, bütün bölgələr, millətimiz və beynəlxalq ictimaiyyət üçün narahatlıq doğuran bir məsələdir".

Bəqayi sözünə davam etdi:

"Əgər ABŞ tərəfi diplomatiyaya həqiqətən ciddi yanaşırsa, bu fürsətdən istifadə etməlidir, çünki bütün dünya onlardan ən azı bir növ xoşməramlılıq göstərmələrini gözləyir".

Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq ictimaiyyətin ABŞ-ı İrana və regiona tətbiq etdiyi müharibənin nəticələrinə görə məsuliyyət daşıyacağına inandığını bildirib.

GÜNÜN MANŞETLERİ