Beynəlxalq Cinayət Məhkəməsi İsrailin 3 naziri üçün həbs orderləri çıxaracaq.
İslamazeri.com xəbər verir ki, Maariv-in məlumatına görə, İsraildəki proqnozlar göstərir ki, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üç yüksək vəzifəli siyasi xadim üçün həbs orderləri çıxaracağı gözlənilir.
Bu şəxslər: Müdafiə naziri Yisrael Katz, Maliyyə naziri Bezalel Smotrich və Milli Təhlükəsizlik naziri İtamar Ben Qvir.
Hesabatda həmçinin bildirilir ki, bu adlarla yanaşı, iki yüksək vəzifəli hərbi komandir: Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və çox güman ki, Cənub Komandanlığının komandiri general-mayor Yaniv Asor üçün də orderlər nəzərdən keçirilir.