Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
Yayınlanma tarixi: 12/25/2025 10:30:31 AM

Azərbaycanın əksər rayonlarda dekabrın 25-i saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 m/s-dək güclənib.

Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax ,Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.

GÜNÜN MANŞETLERİ

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib

3/2/2026 1:00:01 PM
İran səfiri Azərbaycana təşəkkür edib
REGİON / İRAN

İran səfiri Azərbaycana təşəkkür edib

3/2/2026 11:47:56 AM