BGMİ-nin Şeyxi Ramazan ayı öncəsi toplantı keçirdi

BGMİ-nin Şeyxi Ramazan ayı öncəsi toplantı keçirdi
Yayınlanma tarixi: 8.03.2024 12:26:14

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev çıxış edib

İslamazeri.com xəbər verir ki,  Tbilisidə “Alulbeyt” mərkəzində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev ölkədə fəaliyyət göstərən din xadimləri ilə Ramazan ayı öncəsi ümumi toplantı keçirib.

Vidadi Qurbanovun moderatorluğu ilə keçirilən toplantı, Hacı Rahid Kərimovun Quran tilavəti ilə açıq elan edilib.
Toplantıda Marneulinin Cümə İmamı və Baş axundu Hacı Əziz Nəbiyev Ramazan ayının mənəviyyatı və fəzilətləri haqqında çıxış edərək ruhanilərə dəyərli tövsiyələr verib.
Sonra isə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək, ruhaniləri salamlayıb və ümumi fəaliyyətlər və gələcək planlar haqqında geniş məlumat verib.
Daha sonra ruhanilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda Din xadimlərinə BGMİ tərəfindən hazırlanmış dini təqvim kalendarları və broşuralar təqdim olunub.

GÜNÜN MANŞETLERİ