Bin Salman CENTCOM komandanı ilə görüşüb

Bin Salman CENTCOM komandanı ilə görüşüb
Yayınlanma tarixi: 8/14/2026 11:05:30 AM

Bin Salman CENTCOM komandanı ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper ilə görüşüb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında müdafiə əməkdaşlığı və regional inkişaflar müzakirə olunub. Tərəflər həmçinin gərginliyin azaldılması, regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərini müzakirə ediblər.

Bu ayın əvvəlində ABŞ prezidenti Donald Trampla telefon danışığında bin Salman regional inkişafları da müzakirə edib və daha geniş münaqişənin qarşısını almaq üçün gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, diplomatik həlləri asanlaşdıran bir mühit yaratmaq və regional təhlükəsizlik və sabitliyi qorumaq üçün bütün mümkün səylər göstərilməlidir. Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq sahələrinin inkişafı müzakirə olunub.

GÜNÜN MANŞETLERİ