Binəqədidə qumbaraatan mərmisi aşkar edilib

Binəqədidə qumbaraatan mərmisi aşkar edilib
Yayınlanma tarixi: 4.05.2023 10:43:31

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın RPQ-7 tank əleyhinə əl qumbaraatanının 1 ədəd PG-2 mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

GÜNÜN MANŞETLERİ