Birgə müəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək

Birgə müəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək
Yayınlanma tarixi: 18.11.2022 18:00:45

Azərbaycanda döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən də həyata keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, hazırda hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilir.

GÜNÜN MANŞETLERİ