Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub

Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
Yayınlanma tarixi: 7/9/2026 12:00:34 PM

Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib.

İslamazeri.com xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Qeyd olunub ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

GÜNÜN MANŞETLERİ