BMT: 28,3 milyon əfqanıstanlının humanitar yardıma ehtiyacı var

BMT: 28,3 milyon əfqanıstanlının humanitar yardıma ehtiyacı var
Yayınlanma tarixi: 13.03.2023 18:00:22

Bu barədə BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (HMKİ) Əfqanıstanda ofisindən məlumat verilib.

Dünyadakı ən böyük humanitar böhranlardan biri Əfqanıstanda müşahidə edilməkdədir – 28 milyondan çox əfqanıstanlının yardıma ehtiyacı var.

İslamazeri.com xəbər verir ki, bu barədə BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (HMKİ) Əfqanıstanda ofisindən məlumat verilib.

“Əfqanıstan hazırda dünyadakı ən böyük və daha ciddi humanitar böhranlardan birini yaşamaqdadır: 2023-cü ildə rekord sayda insanın – 28,3 milyon nəfərin, yəni ölkə əhalisinin 2/3-sinin humanitar kömək və müdafiəyə ehtiyaclıdır“, – deyə bildirilib.

Xatırladaq ki, adıçəkilən ölkədə 2021-ci ildə 18,4 milyon insanın, 2022-ci ildə isə 24,4 milyon insanın yardıma ehtiyacı var idi.

BMT-dən bəyan edilib ki, 22,8 milyon əfqan daim yarıac-yarıtox vəziyyətdədir, 8,7 milyon sakin isə aclıqdan əziyyət çəkir.

Qeyd edək ki, hazırda Əfqanıstan əhalisinin sayı təxminən 41,4 milyon nəfər olaraq qiymətləndirilir.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18