Boris Consondan Rusiyaya XƏBƏRDARLIQ

Boris Consondan Rusiyaya XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 12/15/2021 6:01:49 PM

Boris Conson İcmalar Palatasında çıxışı zamanı Rusiya-Ukrayna gərginliyinə toxunub, Moskvaya xəbərdarlıq edib.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki,Mühafizəkarlar partiyasından Bernard Cenkin bu gün İcmalar Palatasında Boris Consondan Rusiyanın Qərbə qarşı hibrid müharibə apardığını və hökumətin bununla bağlı nə etdiyini soruşub.

Boris Conson isə bildirib ki prezident Putinlə danışığı zamanı onun Ukraynanı işğal edəcəyi ilə bağlı dəlillərin olacağı təqdirdə, bunun son dərəcə sərt iqtisadi sanksiyalar paketi ilə nəticələnəcəyini deyib.

Baş nazir əlavə edib ki, bu təqdirdə Britaniya Ukraynaya da dəstək olacaq.

“Bu da qaçınılmaz şəkildə NATO qüvvələrinin yaxınlıqdakı bölgələrdə yığılması ilə nəticələnəcək”, deyə baş nazir bildirib.

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM