Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Bu gün Azərbaycanın bütün məktəblərində
Yayınlanma tarixi: 6/13/2026 10:17:21 AM

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır.

Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.

İslamazeri.com xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.

Bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində bu il ilk dəfə "Son zəng" çalınacaq. Ümumilikdə isə həmin ərazilərdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.

Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib.

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM