Bu gün Məbəs bayramıdır

Bu gün Məbəs bayramıdır
Yayınlanma tarixi: 2/18/2023 10:40:11 AM

Rəcəb ayının 27-si İslam aləmində "Məbəs" günü kimi qeyd edilir

İslamazeri.com xatırladır ki, bu gün İslamda böyük bayramlardan sayılan Məbəs bayramı qeyd olunur.

Məbəs günü Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür.

Məhz, bu gecə Məhəmməd (s) Allahın rəsulu seçildi.Rəcəb ayının 27-i Besət (Məbəs) günüdür. Həzrət Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması - İslam tarixinin ən mühüm hadisələrindən biridir.

Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Rəsuli-Əkrəmin (s) besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.

Həzrəti Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər.

Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Məhəmməd peyğəmbərin (s) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Hətta İncildə göndəriləcək Peyğəmbərin (s) xüsusiyytələrinə və onun tərəfdarlarına da işarə olunmuşdu.

Buna görə də Quranın da zikr etdiyi kimi, əhli-kitab alimləri Peyğəmbəri (s) öz ən yaxın adamları kimi tanıyırdılar. Tarixdə Peyğəmbərin (s) besətinin intizarında olan çoxlu şəxslər var idi.

Bu bayram münasibətilə sizi təbrik edirik!

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM