Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək

Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək
Yayınlanma tarixi: 7/5/2026 10:18:25 AM

Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il iyunun 19-dan 26-dək aparılıb və bu müddət ərzində 1067 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

Şəxsiyyəti təsdiq edən sənədin əsli;

"İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 10 zal admini, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

 

GÜNÜN MANŞETLERİ