Bu ölkədə yenidən “evdə qal” rejimi tətbiq olunmağa başlayıb

Bu ölkədə yenidən “evdə qal” rejimi tətbiq olunmağa başlayıb
Yayınlanma tarixi: 20.11.2022 13:50:34

Çində may ayından sonra “Covid-19” virusu ilə bağlı ilk ölüm faktı qeydə alınıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər verir ki, ölən şəxs 87 yaşlı Pekin sakinidir. Bu, mayın 26-dan sonra ölkədə “Covid-19” virusu ilə əlaqəli ilk ölümdür.

Oktyabrın sonundan bəri Çində epidemik vəziyyət pisləşməyə başlayıb. Sutkalıq yoluxma sayı 25 minə yaxınlaşıb. Yoluxmaların əsas ocaqları Pekin, Quancou, habelə Cencou, Çonçin şəhərləri və Daxili Monqolustan muxtar bölgəsidir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçinin 11 rayonunda qapanma elan edilib. Məktəblərdə dərslər distant formada keçirilir, universitetlərin kampusları qapalı rejimdə fəaliyyət göstərir. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib.

Paytaxt Pekində yoluxmaların çoxu Çaoyan rayonuna qeydə alındığı üçün bu rayon üzrə karantin qaydaları daha da sərtləşdirilib. Kafe və restoranlarda yerində xidmətlər dayandırılıb, ticarət mərkəzləri, istirahət məkanları, o cümlədən parklar bağlanıb. Səhiyyə Komitəsi həftəsonu ciddi ehtiyac olmadığı halda rayon sakinlərinə evlərini tərk etməməyi tövsiyə edib.

Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır kovid” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur.

Qeyd edək ki, Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.

 

GÜNÜN MANŞETLERİ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub

1.12.2022 18:00:13
BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb
DÜNYA / İSLAM DÜNYASI

BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

1.12.2022 14:04:59
Müqəddəs Ərdəbilinin yuxusu
DİN

Müqəddəs Ərdəbilinin yuxusu

1.12.2022 13:26:44
İŞİD terror təşkilatının lideri məhv edilib
DÜNYA / İSLAM DÜNYASI

İŞİD terror təşkilatının lideri məhv edilib

1.12.2022 12:56:02