Çavuşoğlu Baydenin açıqlamasına reaksiya göstərdi
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına reaksiya verib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu sosial şəbəkədə etdiyi paylaşımda bunları deyib:
"Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir! Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Bu münasibətdə israrlı olan fürsətçilər öz gizli niyyətləri və ikiüzlülükləri ilə yadda qalacaqlar. Türk millətinə tarix dərsi vermək heç kimin həddinə deyil".
Qeyd edək ki, ABŞ prezidenti Bayden 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları barədə verdiyi yazılı açıqlamada “soyqırım” ifadəsini işlədib.