Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır.
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır.
İslamazeri.com xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
O qeyd edib ki, kəndin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.
N. Cəfərov bildirib ki, hazırda kənddə ümumilikdə yaşayış evləri üzrə işlərin təxminən 50 %-i, sosial obyektlər üzrə ümumi icra səviyyəsi təxminən 30 % təşkil edir.