Çin İran neftinə qarşı sanksiyaları blokladı

Çin İran neftinə qarşı sanksiyaları blokladı
Yayınlanma tarixi: 5/18/2026 11:40:01 AM

Çin ərazisindəki genişmiqyaslı və lüzumsuz məlumatları əsassız yollarla tələb etməsinin beynəlxalq hüququ və beynəlxalq münasibətlərin fundamental normalarını açıq şəkildə pozduğunu bəyan edib.

 İslamazeri.com xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyi, ABŞ hökumətinin İran neft ticarəti ilə əlaqəli olduqları bəhanəsiylə Çinin beş şirkətinə qarşı tətbiq etdiyi birtərəfli sanksiya tədbirlərinə qarşı hüquqi əngəlləmə əmri yayımlayıb.

Nazirlik tərəfindən 2 may 2026-cı il tarixində yayımlanan 2026-cı il 21 nömrəli bildirişə əsasən, ABŞ-ın müvafiq şirkətləri "Xüsusi Müəyyən Edilmiş Vətəndaşlar Siyahısı"na (SDN Siyahısı) əlavə etmək, aktivlərini dondurmaq və onlara əməliyyat qadağası qoymaq yönümlü addımlarının Çin qanunvericiliyi çərçivəsində heç bir hüquqi qüvvəsinin olmadığı elan edilib.

Ticarət Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, ÇXR-in "Milli Təhlükəsizlik Qanunu", "Xarici Əlaqələr Qanunu", "Xarici Sanksiyalara Qarşı Müqavimət Qanunu" və bu qanunun tətbiq müddəaları, habelə "Xarici Qanunvericilik və Tədbirlərin Ölkə Hüdudlarından Kənarda Uyğunsuz Tətbiqinin Qarşısının Alınması Qaydaları" çərçivəsində yaradılmış İşçi Mexanizm tərəfindən hərtərəfli hüquqi qiymətləndirmə aparılıb.

Aparılan araşdırma nəticəsində, ABŞ-ın 13902 və 13846 saylı Prezident Fərmanlarına əsasən qəbul etdiyi sanksiya qərarlarının, ekstraterritorial (ölkə hüdudlarından kənar) hüquq normalarının sui-istifadəsi olduğu qanuni cəhətdən təsdiqlənib.

Yayımlanan Əngəlləmə Əmri doğrultusunda;

  • "Hengli Petrochemical (Dalian) Refinery and Chemical Co., Ltd."

  • "Shandong Shouguang Luqing Petrochemical Co., Ltd."

  • "Shandong Jincheng Petrochemical Group Co., Ltd."

  • "Hebei Xinhai Chemical Group Co., Ltd."

  • "Shandong Shengxing Chemical Co., Ltd."

şirkətlərini hədəf alan ABŞ sanksiyaları Çin ərazisində tanınmayacaq, tətbiq edilməyəcək və bu tədbirlərə heç bir halda əməl olunmayacaq.

Ticarət Nazirliyi bu qərarın milli suverenliyi, təhlükəsizliyi, inkişaf maraqlarını qorumaq və Çin vətəndaşları ilə hüquqi şəxslərinin qanuni hüquqlarını təminat altına almaq məqsədilə sözügedən Qaydaların 2, 4, 6 və 7-ci maddələrinə istinadən qəbul edildiyini və yayımlandığı andan etibarən qüvvəyə mindiyini qeyd edib.

Digər tərəfdən, Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi də 15 may 2026-cı il tarixində yayımladığı 5 nömrəli rəsmi bildirişlə Avropa İttifaqının Çin şirkətlərinə yönəlmiş iqtisadi gedişlərinə məhdudiyyət qoyulduğunu açıqlayıb.

Ədliyyə Nazirliyi, Ticarət Nazirliyi və əlaqədar digər qurumlarla birgə aparılan təhqiqat nəticəsində müəyyən edilib ki, Avropa İttifaqının "Xarici Subsidiyalar Reqlamenti" çərçivəsində təhlükəsizlik avadanlıqları istehsalçısı "Nuctech" ("Tongfang Weishi") şirkətinə qarşı tətbiq etdiyi sərhədlərarası təftiş və məlumat tələbi üsulları xarici yurisdiksiyanın uyğunsuz tətbiqidir.

ÇXR-in "Xarici Qanunvericiliyin Uyğunsuz Ekstraterritorial Tətbiqinə Qarşı Müqavimət Qaydaları"nın 3 və 6-cı maddələrinə əsaslanan qərarla, Çin sərhədləri daxilindəki heç bir qurum və ya fərdin Aİ-nin sözügedən sərhədlərarası tədbirlərini icra etməyəcəyi və bunun icrasına yardım göstərə bilməyəcəyi hökmə bağlanıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmisi Avropa İttifaqının atdığı addımların pərdəarxasını və Çin dövlətinin mövqeyini ətraflı şəkildə izah edib. Nazirlik, Aİ-nin "Xarici Subsidiyalar Reqlamenti"ni əsas gətirərək Çin ərazisindəki genişmiqyaslı və lüzumsuz məlumatları əsassız yollarla tələb etməsinin beynəlxalq hüququ və beynəlxalq münasibətlərin fundamental normalarını açıq şəkildə pozduğunu bəyan edib.

Müvafiq açıqlamada vurğulanıb ki, Aİ özünün təsis etdiyi birtərəfli bir mexanizm olan bu reqlamenti qüvvəyə mindiyi gündən bəri Çin müəssisələrinə qarşı aşkar ayrı-seçkilik və hədəf alma məqsədilə istifadə edir.

Vəziyyətin "ədalətli rəqabət maskası altında yürüdülən tipik bir proteksionizm (himayədarlıq) nümunəsi" olduğunu bildirən rəsmi şəxs, Ticarət Nazirliyinin hələ 2025-ci ilin yanvarında Aİ-nin bu təcrübələrinin ticarət və investisiya maneəsi yaratdığını hüquqi qaydada təsbit etdiyini xatırladıb.

Ədliyyə Nazirliyinin rəsmisi, Aİ tərəfinin bu səhvi düzəltmək əvəzinə yanlış yolda irəliləməyə davam etdiyini bildirərək, Çinin xarici dövlətlərin və ya regional qurumların Çin vətəndaşları və şirkətləri üzərində "uzun qollu yurisdiksiya" (hüquqi müdaxilə) quraraq bunu sui-istifadə etməsini qətiyyətlə qəbul etməyəcəyini vurğulayıb.

Atılan bu addımın Çin qanunvericiliyinin hüquqa uyğun şəkildə həyata keçirilməsinə yönəlmiş konkret bir gediş olduğunu bildirən rəsmi şəxs, Aİ daxili orqanlarını xətalı tətbiqləri dərhal sonlandırmağa və Çin-Aİ əməkdaşlığı üçün proqnozlaşdırıla bilən bazar mühiti yaratmağa çağırıb.

Açıqlamada, Avropa İttifaqının sərhədi aşan bu müdaxilələrində israrlı olacağı təqdirdə, Çinin mövcud qanunvericilik doğrultusunda qətiyyətlə cavab tədbirləri görəcəyi bəyan edilib.

GÜNÜN MANŞETLERİ