Çin: Quranın yandırılması Qərbin ikiüzlülüyünü göstərdi

Çin: Quranın yandırılması Qərbin ikiüzlülüyünü göstərdi
Yayınlanma tarixi: 2/4/2023 12:27:57 PM

"Bu hallar dini etiqad azadlığına hörmət etdiyini iddia edən bəzi qərbli siyasətçilərin ikiüzlülüyünü göstərir".

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi mətbuat konfransında deyib: "Fikir azadlığına hörmət dünya ictimaiyyəti tərəfindən geniş şəkildə qəbul edilir. Ona görə də müsəlmanların inanc və dini hisslərinə hörmət edilməlidir".

O, Avropada Qurani-Kərimin yandırılması xəbərini izlədiyinə işarə edərək əlavə etdi: "Bu hallar dini etiqad azadlığına hörmət etdiyini iddia edən bəzi qərbli siyasətçilərin ikiüzlülüyünü göstərir".

Ning Çinin sivilizasiyalar arasında dialoq istədiyini, müsəlmanların və digər dini qrupların inanc azadlığını qorumaq üçün İslam ölkələri ilə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

İsveç, Danimarka və Hollandiya bu yaxınlarda Rasmus Paludan başda olmaqla ifratçı sağçıların Qurani-Kərimin nüsxələrini yandırmasının şahidi olublar. O, Danimarkada ifratçı "sərt xətt" partiyasının lideridir. Paludanın bu hərəkəti İslam ölkələri, Çin və Rusiya tərəfindən geniş şəkildə pislənilib. İsveç və Danimarka müsəlmanları bu cinayəti pisləyərkən bunu müsəlmanların hisslərini qızışdırmaq və onların qəzəbli reaksiyasından istifadə etmək məqsədi daşıyan bir hərəkət kimi qiymətləndirib. Onlar bu cinayətə rasional yanaşdıqlarını vurğulayıblar.

GÜNÜN MANŞETLERİ

Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM
Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM