Çindən Əfqanıstandakı partlayışa reaksiya

Çindən Əfqanıstandakı partlayışa reaksiya
Yayınlanma tarixi: 1/12/2023 1:55:24 PM

"Çin bu hücumu qətiyyətlə pisləyir və Əfqanıstan hökumətinin bütün ölkələrin vətəndaşlarını, o cümlədən Çin vətəndaşlarını qoruyacağına ümid edir".

Çin Xarici İşlər Nazirliyi dünən Əfqanıstanda 21 nəfərin ölümü ilə nəticələnən partlayışda Çin nümayəndə heyətinin hədəf alındığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"Çin bu hücumu qətiyyətlə pisləyir və Əfqanıstan hökumətinin bütün ölkələrin vətəndaşlarını, o cümlədən Çin vətəndaşlarını qoruyacağına ümid edir".

Qeyd edək ki, dünən Əfqanıstan Xarici İşlər Nazirliyinin yaxınlığında baş verən bu terror aktında 3-ü Taliban üzvü olmaqla 21 nəfərin öldürüldüyü, 25 nəfərin yaralandığı açıqlanıb.

Partlayış zamanı nazirlik binasında Çin nümayəndə heyəti ilə görüşlərin keçirildiyi açıqlanıb.

Digər tərəfdən, "Amak" kimi tanınan İŞİD-in rəsmi mediası çərşənbə günü axşam saatlarında Əfqanıstan Xarici İşlər Nazirliyinin qarşısında partlayışı bu qruplaşmanın bir üzvünün törətdiyini bildirib.

GÜNÜN MANŞETLERİ

Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM
Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM