Colani Trampa təşəkkür edib.
İslamazeri.com xəbər verir ki, Suriyadakı Hayat Təhrir əş-Şam (HTS) rejiminin lideri Əbu Məhəmməd əl-Colani (indi Əhməd Şara kimi tanınır) ABŞ prezidenti Donald Trampa ünvanladığı bir mesajda iki lider arasındakı görüşü qiymətləndirdiyini bildirib.
Colani mesajında bildirib ki, "Bəzi görüşlər iz buraxır; bizimkilər isə görünür, bir qoxu ilə yadda qalıb".
Trampa təşəkkür edən Colani deyib: "Cənab Prezident Donald Tramp, səxavətinizə və bu qiymətli hədiyyəni tamamladığınıza görə təşəkkür edirəm".
Colani həmçinin görüşün ruhunun Suriya ilə ABŞ arasında daha güclü münasibətləri formalaşdırmağa davam edəcəyinə ümid etdiyini bildirib.