"COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb"

Yayınlanma tarixi: 10/4/2022 2:25:33 PM

"Əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb".

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib.

"Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər" - Prezident əlavə edib.

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran xalqı təslim olmayacaq
REGİON / İRAN

Qalibaf: İran xalqı təslim olmayacaq

5/7/2026 2:33:08 PM
Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK
ÖLKƏ / MÜXTƏLİF

Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK

5/7/2026 1:30:01 PM