Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib

Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib
Yayınlanma tarixi: 3/15/2023 12:11:08 PM

Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib.

Bakı Nəqliyyat Agentliyi daha bir müntəzəm marşrut xəttini ona məxsus “BakuBus” MMC-yə verib.

İslamazeri.com agentliyə istinadən xəbər verir ki, “Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinq nəticəsində şirkətin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar xəttə natəmiz buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlardan da çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. Odur ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar sabahdan “BakuBus”a həvalə edilir.

Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.

GÜNÜN MANŞETLERİ

Qeyb dövründə bu duanı oxuyun!
DİN

Qeyb dövründə bu duanı oxuyun!

12/30/2025 11:24:13 AM
Bu gün bu iki rayonda işıq olmayacaq
ÖLKƏ

Bu gün bu iki rayonda işıq olmayacaq

12/30/2025 10:09:18 AM
Müsəlmana yardım etməyin savabı
DİN

Müsəlmana yardım etməyin savabı

12/29/2025 4:47:57 PM