Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb

Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb
Yayınlanma tarixi: 1.04.2023 15:07:10

Türkiyenin Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərim və Türkiye bayrağına edilən hücuma reaksiya verib.

Türkiyənin Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərim və Türkiye bayrağına edilən hücuma reaksiya verib. 
İslamazeri.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “Martın 24-də Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən nifrət cinayətinə Ramazan ayında yenidən icazə verilməsini şiddətlə qınayırıq. Söz azadlığı adı altında bu mənfur hərəkətə icazə verilməsi qətiyyən yolverilməzdir və belə bir yanaşma heç vaxt əsaslandırıla bilməz. Bu cür hərəkətlərin qarşısının alınması üçün hüquqi və inzibati tədbirlərin qeyri-kafi olması, siyasi iradənin olmaması, həmçinin günahkarların cəzasız qalması yeni təxribatlara təkan verir”.

Açıqlamada Danimarkanın Türkiyedəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Açıqlamada həmçinin deyilir: ''Danimarkanın Türkiyedəki səfirinə sözügedən mənfur hücumun qətiyyətlə pisləndiyi çatdırılıb''.
Biz Danimarka hakimiyyətini bu cinayəti törədənlərə qarşı lazımi addımlar atmağa və bu cür təxribatların təkrarlanmaması üçün  tədbirlər görməyə  çağırırıq”.

GÜNÜN MANŞETLERİ