Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib
Yayınlanma tarixi: 7/7/2026 1:17:29 PM

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib.

İslamazeri.com xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin yaxınlığında iki partlayış baş verdiyi bildirilir. Partlayışların Fransa prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında baş verdiyi bildirilir.

Yerli media partlayışların otelin ətrafına yerləşdirilmiş bir sıra partlayıcı maddələrdən qaynaqlandığını bildirib. Hələlik itkilər və ya dəyən ziyanın miqyası ilə bağlı rəsmi açıqlama verilməyib.

Hələlik heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Makron, yeni hökumətin hakimiyyətə gəlməsindən bəri Suriyaya səfər edən Qərbi Avropa ölkəsindən ilk dövlət başçısıdır.

Suriya dövlət xəbər agentliyi SANA Makronun regional təhlükəsizlik, eləcə də ticarət və investisiya imkanlarını müzakirə etmək üçün biznes nümayəndə heyəti ilə səfər etdiyini bildirib.

Makronu Dəməşq hava limanında Suriya xarici işlər naziri Əsəd əl-Şeybani qarşılayıb.

GÜNÜN MANŞETLERİ

Abşeronda xeyli silah-sursat aşkarlanıb
ÖLKƏ / HADİSƏ

Abşeronda xeyli silah-sursat aşkarlanıb

7/7/2026 2:00:01 PM
Sabah yağış yağacaq
REGİON / İRAN

Sabah yağış yağacaq

7/7/2026 1:23:37 PM