Deputat: Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun

Deputat: Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun
Yayınlanma tarixi: 12/30/2022 11:44:56 AM

Deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlib.

Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib.

İslamazeri.com xəbər verir ki, deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlib.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə ziddi olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60 %-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “Tik-Tok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək” – deputat əlavə edib.

GÜNÜN MANŞETLERİ

Oman: İrana qarşı müharibə qanunsuzdur
DÜNYA / MARAQLI

Oman: İrana qarşı müharibə qanunsuzdur

3/12/2026 10:43:24 AM
Bennet: Gələcəkdə növbə Türkiyəyə də gələcək
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bennet: Gələcəkdə növbə Türkiyəyə də gələcək

3/12/2026 10:06:10 AM
Bəqayi: İranın hədəf siyahısı hər gün yenilənir
REGİON / İRAN

Bəqayi: İranın hədəf siyahısı hər gün yenilənir

3/12/2026 10:05:41 AM
Ayətullah Sistanidən Ayətullah Müctəba Xameneiyə
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən Ayətullah Müctəba Xameneiyə

3/11/2026 9:26:35 PM